Menu

Close
ATM’s and Branches
Personal
Business

VTB (Azərbaycan) ASC-nin səhmdarları növbədənkənar Ümumi Yığıncaq keçirəcək

22 avqust 2024-cü il tarixində Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq.

Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:

  1. Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi;
  2. Bank VTB (Azərbaycan) ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;
  3. “Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi;
  4. “Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi.

Call order form

Name

Contact number