Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan) növbənin onlayn bron olunması xidmətini tətbiq edib

Bank VTB (Azərbaycan) yeni xidmətini – növbənin onlayn bron edilməsi sistemini tətbiq edib ki, bu da müştərilərə banka gəliş vaxtını internet vasitəsi ilə qeydiyyatdan keçirməyə imkan verir. Onlayn bron vasitəsi ilə müştərilər istənilən filialı seçərək, banka gəlmək üçün onlara rahat olan vaxtı sifariş edə bilər.

Müştəri, növbəsini sifariş etmək üçün bankın saytında http://vtb.az/personnel/Online-queue/ onlayn növbə səhifəsinə keçid alıb oradakı linkdən qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı müştəriyə filialı və bankda istifadə etməyi planlaşdırdığı xidməti seçmək imkanı verilir. Müştəri həmçinin tarixi və filiala gəlmək istədiyi vaxtı göstərməlidir.  

Rezervasiya təsdiqləndikdən sonra müştərinin elektron ünvanına bron haqqında məlumat, eləcə də xüsusi unikal kod qeyd olunduğu elektron məktub daxil olur. Bu kod elektron növbə təyin olunmuş vaxtdan 15 dəqiqə tez və ya 15 dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalında qeyd edilməlidir. Kodu daxil etdikdə müştəri nömrə alır və o, bu nömrədən istifadə etməklə bankdakı xidmətdən növbədənkənar istifadə edə bilər. Yeni xidmət sayəsində müştərilər istədikləri ofisə təyin etdikləri vaxtda müraciət etməklə öz günlərini effektiv planlaşdıra bilər.

get->call): ?>

Call order form

Name

Contact number