Onlayn növbə

Onlayn növbənin sifariş sistemi

Onlayn növbənizi sifariş edin

Onlayn növbə sifarişi nədir

Onlayn sifariş bankın elektron növbə sistemi ilə təchiz olunmuş filiallarına gəlmək üçün arzu olunan vaxtın rezervasiyası üçün nəzərdə tutulub.

Gəlmə vaxtını rezerv edib, Siz şifrə əldə edirsiz. Bankın filialında elektron növbə terminalında bu kodu daxil edib növbənin olub-olmamasından asılı olmayaraq təyin olunmuş vaxtda xidmət göstəriləcək nömrə götürün.

Sifarişi təyin olunmuş vaxta bir saat qalmış etmək olar. Əldə edilmiş kod terminala təyin olunmuş vaxtdan sonra ən geci 15 dəqiqə ərzində daxil edilməlidir. Əks halda sifariş ləğv olunacaq.

Sifariş prosedurunu həyata keçirmək üçün https://reservation.vtb.az saytında qeydiyyatdan keçmək lazımdır. Bundan sonra öz login və şifrənizdən istifadə edərək Siz sifariş səhifəsinə daxil ola və gəlmə vaxtını rezervasiya edə bilərsiniz.

Onlayn sifariş sistemi üzrə təlimat:

1.       Onlayn rezervasiya sistemində qeydiyyat.

1.1.    https://reservation.vtb.az səhifəsinə daxil olun. Siz dili dəyişə, onlayn sifariş sisteminin şərtləri oxuya və qeydiyyatdan keçə bilərsiniz:


1.1.    Qeydiyyat üçün "Uçot qeydi yarat" düyməsini seçin.

1.2.    Bütün xanaları doldurun və yenə "Uçot qeydi yarat" seçin. Siz uçot qeydinin yaradılması haqqında məlumat alacaqsınız:


1.3.    Uçot qeydini aktivləşdirmək üçün qeydiyyat zamanı göstərilən elektron poçtu ünvanını açmaq və 24 saat ərzində göndərilmiş linkə keçmək lazımdır.

1.4.    Bundan sonra Siz elektron poçt ünvanı və şifrənizdən istifadə etməklə sistemə daxil ola və növbəni onlayn rezerv edə bilərsiz.

2.       Daxil olma vaxtının rezerv edilməsi.

2.1.    Lazım olan filialı seçin:

 

2.2.    Fiziki və ya hüquqi şəxslər üçün xidmətlər və zəruri əməliyyatı seçin.

2.3.    Açılmış pəncərədə daxil olma tarixini və vaxtını seçin:


2.4.    Sifariş prosesini başa çatdırıb rezervasiyanı təsdiq edin. Filialda istifadə ediləcək olan kodu saxlayın.


2.5.    Tərəfinizdən göstərilən elektron poçtu ünvanına rezervasiya məlumatları olan məktub göndəriləcək:

Bank VTB Azerbaijan <OnlineReservation@vtb.az>

https://mail.google.com/mail/u/0/images/cleardot.gif

https://mail.google.com/mail/u/0/images/cleardot.gif

https://mail.google.com/mail/u/0/images/cleardot.gif

Rezervasiya  edilib 

Əməliyyat:Digər əməliyyatlar 

Vaxt:2017-06-09 12:30:00 

Kod:7765 

Bölmə:Baş ofis 

2.6.    Yeni rezervasiya üçün ekranın sol hissəsindəki menyuda "Yeni rezervasiya" seçin. Bütün saxlanmalara baxmaq üçün "Mənim rezervasiyalarım" seçin.

2.7.    "Mənim hesablarım" bölümünü seçib qurulmada dəyişikliklər etmək olar.