Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Hesablaşma-kassa xidmətləri

Bank VTB (Azərbaycan) ASC tam kompleks hesablaşma-kassa xidməti göstərir və hüquqi şəxslərə təklif edir:

  • Rezidentlər və qeyri-rezidentlər üçün yerli və xarici valyutada hesabların açılması və aparılması;
  • Müştərilərin hesablarından nağdsız pul vəsaitlərinin köçürülməsi;
  • Müştərilərin hesabları üzrə “overdraft” rejiminin təqdim olunması;
  • Hesabdan nağd pul vəsaitinin verilməsi;
  • Hesablar üzrə əməliyyatların keçirilməsi haqqında sorğu xarakterli məlumatın təqdim olunması;
  • Nağd pulların hesaba mədaxili və yatırılması;
  • İdxal-ixrac əməliyyatları üzrə valyuta nəzarəti agentinin funksiyalarının yerinə yetirilməsi.

Bank VTB (Azərbaycan) xarici valyutanın müxtəlif növləri ilə konversiya əməliyyatları aparır: xarici valyutanın manata və digər xarici valyutaya alışını və satışını həyata keçirir.

Biz hüquqi şəxslərin tapşırığı ilə aşağıdakı nağdsız konversiya əməliyyatlarını həyata keçiririk:

  • Müştəri tapşırıqlarının qəbulu və konversiya üçün müştərilərin hesablarından vəsaitlərin silinməsi;
  • İri məbləğlər üçün – müştərilərlə razılaşma üzrə güzəştli məzənnələrin müəyyən edilməsi;
  • Konversiya əməliyyatı nəticəsində vəsaitlərin müştərilərin hesablarına köçürülməsi.

Üstünlüklər: əqdin ən qısa müddətdə həyata keçirilməsi (müştəri tapşırığının alınmasından sonra dərhal hesablamalar aparmaq).

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi