Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

İnformasiya təhlükəsizliyi

Şəxsi məlumatların emalına razılıq verilməsi

Hörmətli müştərilər!

Bank xidmətlərinin göstərilməsi çərçivəsində Bank VTB (Azərbaycan) (bundan sonra - Bank) Bankın müştərilərinin şəxsi məlumatlarının emalını həyata keçkirir. Bank sizin məxfiliyinizi yüksək qiymətləndirir və şəxsi məlumatların qorunması ilə bağlı AR-nın qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblərə əməl etməyi öhdəsinə götürür. Şəxsi məlumatların emalı AR-nın qanunvericiliyinə uyğun olaraq, habelə Bankın daxili sənədləri əsasında həyata keçirilir. Bank bildirir ki, bank xidmətlərindən istifadə edərkən, aşağıda göstərilən şərtlərə uyğun olaraq Siz şəxsi məlumatlarınızın toplanması, istifadəsi və emalına razılıq verirsiniz:

1. Şəxsi məlumatların əldə edilməsi və istifadəsi:

  • Bank yalnız sizə bank xidmətləri göstərmək və müqavilə öhdəliklərini yerinə yetirmək üçün lazım olan şəxsi məlumatları əldə edir.
  • Sizin şəxsi məlumatlarınız korporativ sayt, mobil tətbiq, veb tətbiqi, filiallarımıza şəxsən müraciət zamanı, eləcə də digər kommunikasiya kanalları vasitəsilə əldə edilə bilər.
  • Şəxsi məlumatlarınız identifikasiya, risklərin təhlili, fırıldaqçılıq hallarının qarşısının alınması, qanunvericiliyə riayət olunması və təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədləri üçün istifadə edilə bilər.

2. Şəxsi məlumatların ötürülməsi:

  • Sizin şəxsi məlumatlarınız AR-nın qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülə bilər. Bank sizin şəxsi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsi zamanı onların məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.

3. Şəxsi məlumatların saxlanma müddəti:

  • Biz sizin şəxsi məlumatlarınızı yalnız emal məqsədi ilə müəyyən edilmiş müddət və ya AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş digər müddət ərzində saxlayırıq.  
  •  Şəxsi məlumatlarıln emalı məqsədlərinə çatdıqda, Bank şəxsi məlumatlarınızın təhlükəsiz şəkildə məhv edilməsini və ya arxivləşdirilməsini təmin edir.

4. Sizin hüquqlarınız:

  • AR-nın qanunlarına uyğun olaraq Sizin şəxsi məlumatlarınıza daxil olmaq, emalını məhdudlaşdırmaq və razılığınızı geri götürmək hüququnuz var.
get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi