Bank əməliyyatlarının aparılması/istifadə edilməsi məqsədi ilə “ASAN” Finans sistemindən aşağıda göstərilən məlumatları Bank VTB (Azərbaycan) ASC-yə təqdim edilsin: Şəxsiyyət vəsiqəm üzrə müəyyən olunan məlumatların alınmasına, İş yerim üzrə müəyyən olunan məlumatların alınmasına, Ümumvətəndaş pasportum üzrə müəyyən olunan məlumatların alınmasına, Miqrasiya qeydiyyatım üzrə müəyyən olunan məlumatların alınmasına, Azərbaycan Kredit Bürosu MMC-də (Kredit reyestrini aparan digər təşkilatlarda) olan bütün məlumatların Bank VTB (Azərbaycan) ASC tərəfindən əldə edilməsinə və ya həmin təşkilatlara ötürülməsinə və bütün məlumatların toplanılmasına və işlənilməsinə icazə verirəm. Borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə Azərbaycan Kredit Bürosu MMC-dən (Kredit reyestrini aparan digər təşkilatlardan) məlumatın əldə olunmasına/işlənilməsinə razıyam. Mənə aid məlumatların transsərhəd ötürülməsinə razıyam. Kredit alınması ilə bağlı olaraq müraciət etdiyim zaman, kamera ilə çəkiliş və səs yazısının aparılmasına etiraz etmirəm.
Təsdiq edirəm ki, seçdiyim məhsul üzrə kreditləşmə Qaydaları ilə lazımı qaydada tanışam və müvafiq Bank xidmətindən istifadə zamanı razılığımı müqavilə müddəalarına uyğun qaydada bildirəcəm. Bu razılıq əsasında əldə edilmiş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilməsinə razıyam.
Bu razılıq 25 il müddətinə qüvvədədir. Razılığın yazılı müraciətimə əsasən vaxtından əvvəl ləğv edilə bilməsi mənə izah olundu.
Müştərinin müraciətinə baxılması üçün tələb olunan sənədlərin Banka təqdim olunması, Bank üçün kreditin verilməsi öhdəliyini yaratmır.
Leave your FIN code and mobile number and we will call back to you