Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

BANK VTB (AZƏRBAYCAN)
20-DƏN ÇOX ÖLKƏDƏ NÜMAYƏNDƏLİYİ OLAN
VTB BEYNƏLXALQ MALİYYƏ QRUPUNUN HİSSƏSİDİR

Belə unikal şəbəkə VTB (Azərbaycan) müştərilərinə bu ölkələrdə bank əməliyyatları aparmağa, xüsusilə də qısa müddət (bir neçə dəqiqə) ərzində və sərfəli tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verir. Bütün bunlar Avropa və Asiya ölkələri ilə biznes əlaqələri olan, mütəmadi şəkildə ticarət dövriyyələri həyata keçirən sahibkarlar üçün vacibdir.

MİSSİYA VƏ DƏYƏRLƏR

VTB (Azərbaycan) ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan bütün bank xidmətlərini təklif edir.

Biz sahibkarlığın inkişafı üçün rahat şərait yaradır, kiçik və orta biznesi müxtəlif seqment və istiqamətləri üzrə yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edərək onlara maliyyə dəstəyi göstəririk. Biz müştərilərimiz və tərəfdaşlarımızla şəffaflığın və qarşılıqlı hörmətin təməli olan uzunmüddətli və əlverişli münasibətlər qururuq.

Bizim üçün müştərilərin etimadı önəmlidir və biz əməkdaşlıqda şəffaflıq prinsipinə arxalanırıq.

Müştəri məmnuniyyətini özümüz üçün əsas məqsəd bilərək fiziki şəxslər və təşkilatlara geniş çeşidli yüksək keyfiyyətli bank xidmətləri təqdim etmək üçün biz daim xidmət sahəsində keyfiyyətin artırılmasına çalışırıq.

Müştəriyə dəyər veririk

  • Müştəri ehtiyaclarını önə çəkirik
  • Müştəriyə güvənirik və onun etibarını qazanmağa çalışırıq
  • Biz müştərini dinləyirik və eşidirik

Bir komanda kimi çalışırıq

  • Bir-birimizə hörmət edib güvənirik
  • Hər bir həmkarımıza yüksəlməkdə kömək edirik
  • Ümumi məqsədlərə yönlənmişik

Nəticəyə cavabdehik

  • Hədəfimiz proses deyil, nəticədir
  • Ümumi məqsədlər uğrunda verdiyimiz töhfəyə görə məsuliyyət daşıyırıq
  • Müvəffəqiyyət və uğursuzluqlar haqqında açıq danışırıq

Təşəbbüs göstəririk

  • İşə biganə yanaşmırıq
  • Birgə məsələlərin həllində fəal mövqe tuturuq
  • Biz etməli olduğumuzdan daha çoxunu edirik

Daim təkmilləşirik

  • Yeniliklərə açığıq
  • ​Dəyişikliklərə özümüzdən başlayırıq
  • Cəhd etməkdən qorxmuruq

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi