FAQ

Menyu

Close
Xidmət şəbəkəsi
Fərdi
Biznes

FAQ

Bank VTB (Rusiya) hesabından Bank VTB (Azərbaycan) hesabına vəsaiti rubl valyutasından manat valyutasına konvertasiya ilə köçürmək mümkündür?

Bəli. Siz “Telefon nömrəsi ilə pul köçürmələri” xidmətindən istifadə edə bilərsiniz. Rusiyadan Azərbaycana ani pul köçürməsi etmək üçün Bank VTB (Rusiya)-ın müştərisi bankın mobil tətbiqində cari hesabı Bank VTB (Azərbaycan)-da olan müştərinin telefon nömrəsini qeyd etməlidir. Köçürülən məbləğ dərhal konvertasiya olunaraq azərbaycan manatı ilə hesabda əks olunur.

Hüquqi şəxslər/fərdi sahibkarlar (qeyri-rezidentlər/rezidentlər, nümayəndəliklər) üçün hesab açmaq üçün hansı sənədlər tələb olunur?

Hesab açmaq üçün tələb olunan sənədlərin siyahısı

Hüquqi şəxslərə:

  1. Hesabın açılması üçün ərizə (bankda doldurulur);
  2. İmza və möhür nümunələri kartı (bankda təsdiqlənir);
  3. Nizamnamə (.adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti)
    3.1 Əsasnamə (hesab filial üçün açılırsa .adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti);
  4. Dövlət reyestrindən çıxarış (.adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti);
  5. Dövlət qeydiyyatı haqqında şəhadətnamə - VÖEN (.adoc formatında da qəbul edilir);
  6. Hər bir hesab növü üzrə müvafiq vergi orqanları tərəfindən verilmiş şəhadətnamə-dublikat;
  7. Səlahiyyətli şəxslərin və təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri (təsisçi şirkətdirsə, şirkətin dövlət reyestrindən çıxarışının və benefisiarların şəxsiyyətini təsdiq edən sənədlərin surəti);

 

Fərdi sahibkarlara:

1. Şəxsiyyəti təsdiq edən sənəd

1.1 Pasport (xarici vətəndaşlar üçün);

2. Dövlət qeydiyyatı haqqında şəhadətnamə - VÖEN

Qalan sənədlər hesab açılarkən bankın ofisində tərtib edilir.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi