Bank VTB mikrobiznes kreditlər üzrə komissiyanı ləğv etdi

Menu

Close
Service network
Personal
Business

VTB (Azərbaycan) mikrobiznes kreditlər üzrə komissiyanı ləğv etdi

Mikro biznes şirkətləri VTB (Azərbaycan)-dan komissiyasız 50 min manatadək kredit üçün müraciət edə bilərlər. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Kretidi girovsuz və zaminsiz almaq mümkündür.

"Mikrobiznes ölkəmizin iqtisadiyyatında və əhalinin rifahında mühüm rol oynayır. Bu şirkətlər bazar dəyişikliklərinə tez reaksiya verir, innovasiyalar təqdim edir və sağlam rəqabəti təmin edir ki, bu da xidmətlər sektorunun keyfiyyətinin yüksəlməsinə səbəb olur. 2024-cü ildə VTB (Azərbaycan)-ın aktiv mikrobiznes müştərilərinin sayını və təsdiq olunan kreditlərin həcmi 82% artırıb. Buna görə də biz məhsullarımızı bu seqmentdəki müştərilərin ehtiyaclarına uyğunlaşdırırıq. Vaxt itirmədən biznes məqsədlərinizə çatmaq üçün, VTB (Azərbaynca)-ı seçin, işinizi böyüdün", - bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.

Mikrokrediti VTB (Azərbaynca)-ın istənilən filialında əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə məsafədən də yararlanmaq olar.

Call order form

Name

Contact number