Menu

Close
ATM’s and Branches
Personal
Business

VTB (Azərbaycan) milli basketbol liqası ilə rəsmi tərəfdaşlığı davam etdirir

Bank VTB (Azərbaycan) Azərbaycan Basketbol Liqasının (ABL) yeni 2023/2024 yarış mövsümündə rəsmi tərəfdaşı qismində çıxış edəcək.

17 oktyabr 2023/2024 mövsümünün açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, İdman ictimaiyyətinin nümayəndələri, həmçinin, klubların rəhbərləri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Basketbol Liqasının təşkilində səmərəli əməkdaşlığa və dəstəyə görə Bank VTB (Azərbaycan) təşəkkürnamə ilə təltif edilib. Mükafat Azərbaycan Basketbol Liqası və Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevın adından təqdim edilib.

VTB (Azərbaycan) sosial məsuliyyətli bank kimi müxtəlif idman tədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəal şəkildə dəstəkləyir. 2022-ci ilin noyabr ayında VTB (Azərbaycan) və ABL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən Bank milli Liqanın rəsmi sponsoru olub.

Liqanın yeni mövsümündə 10 komanda - “Sabah”, "NTD-İndiqo" (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar.

Call order form

Name

Contact number