Menu

Close
ATM’s and Branches
Personal
Business

VTB (Azərbaycan) idmanı və sənəti birləşdirir

Yeni “Basketbol meydançasını incəsənət əsərinə çevir” layihəsinə start verildi.

Bu dəfə Red Bull Half Court turnirinin rəsmi tərəfdaşı olaraq yeni unikal layihəyə yaxından dəstək olan Bank VTB hər kəsi idman meydançasında sənət əsəri yaratmağa dəvət edir.
Belə ki, layihəyə qatılaraq ənənəvi monoton basketbol meydançasına kreativ ideyalarınızla yeni nəfəs verə bilərsiniz. Müsabiqədə qalib gələn iştirakçının dizaynı qlobal basketbol turniri olan Red Bull Half Court-un bir hissəsi olacaq.

Məlumat üçün bildirək ki, layihəyə qoşulmaq üçün ilk növbədə RedBull.az/HalfCourt saytında qeydiyyatdan keçmək lazımdır. Daha sonra qeydiyyatdan keçmiş iştirakçılara müxtəlif rəng tonları, həndəsi naxışlar və öz dizaynını yaratmaq üçün bankımızın loqosu təqdim olunacaq. Hazırlanmış işlər iyulun 23-dək təqdim edilməlidir.

Call order form

Name

Contact number