Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan) yeni başlayan sahibkarlara dəstək olub

        

VTB (Azərbaycan) şəxsi biznesini başlamaq istəyən aztəminatlı vətəndaşlara dəstək olmağa davam edir. Yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində göstərilib.

Bu dəfə bank beş vətəndaşa təmənnasız olaraq tekstil məhsullarının istehsalı üçün avadanlıq təqdim edib. Nəticədə Rasim Lətifov, Vüqar Qurbanov, Bağban Quliyev, Fəxriyə Həbibova və Rövşən İbrahimov sahibkarlıq fəaliyyətinə başlaya biliblər.

“Dəstək olduğu zaman şəxsi biznesə başlamaq daha asandır. Bu səbəbdən biz vətəndaşları əsas aktivlərlə təmin edirik, eləcə də bizneslərinin qurulmasında onlara məsləhətlər veririk. Bundan sonra da biz bu işi davam etmək və ölkədə kiçik sahibkarlığın inkişafına öz töhfəmizi verməyi planlaşdırırıq”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.

Xatırladaq ki, cari ilin sentyabr ayında bank üç kiçik biznes müəssisəsinin qurulmasına dəstək olmuşdur. Bu dəstək bank tərəfindən qadınlara göstərilmişdir ki, bu da onlara öz potensiallarını reallaşdırmağa və işlərini qurmağa imkan vermişdir.

get->call): ?>

Call order form

Name

Contact number