Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan) kreditlər üzrə faiz dərəcəsini endirdi

 Bank VTB (Azərbaycan) Respublika gününə münasibətilə keçirdiyi aksiya çərçivəsində “Nağd kredit” və   “Refinans” məhsulları üzrə faiz dərəcələrini kredit müddətindən asılı olmayaraq 16,9%-ə endirdi. Əvvəl bu     göstərici müddətdən asılı olaraq 18-23% təşkil edirdi. Kampaniya ərzində kredit komissiyasız təklif edilir.

 Bu təklifdən yaralanmaq üçün bankın məsafəli xidmətləri – korporativ sayt, Facebook və WhatsApp   mesencerlərindəki çat-bank Direct, eləcə də 986 qısa nömrəli Çağrı mərkəzi vasitəsilə kredit üzrə müraciət   etmək lazımdır.

 “Nağd kredit” və “Refinans” məhsulları 60 ay müddətinə manatla verilir. Kreditin məbləği 300-20000 manat təşkil   edir. “Refinans” krediti müxtəlif banklarda krediti olan müştərilər üçün nəzərdə tutulub. Onlar mövcud olan   borcunu bir kreditdə birləşdirə və faiz dərəcəsini azalda bilərlər. Bu məhsulun üstünlüyü mövcud olan borcun   yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir.

 Bankın məhsulları barədə ətraflı məlumatı korporativ saytdan əldə etmək mümkündür.

Call order form

Name

Contact number