Menu

Close
ATM’s and Branches
Personal
Business

VTB (Azərbaycan) müştəriləri Hesab.az portalında qazanır

Bank VTB (Azərbaycan) Hesab.az onlayn ödəniş portalı ilə birgə cari ilin 1 avqust-30 sentyabr tarixlərində “VTB (Azərbaycan) müştəriləri Hesab.az-da qazanır” adlı stimullaşdırıcı lotereya keçirir.

Oyunun şərtlərinə görə, bank VTB (Azərbaycan)-ın Visa plastik kartları ilə Hesab.az portalında qeydiyyatdan keçmiş və ən azı 10 manat məbləğində ödəniş etmiş müştərilər 1 lotereya bileti əldə edir. Hər növbəti ödəniş lotereyanın qalibi olub 200 manat qazanmaq şansını artırır. Qaliblər 5 oktyabr 2016-cı il tarixində «GoldenPay» şirkətinin ofisində tiraj komissiyasının qarşısında proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcəkdir.

Bundan başqa, lotereya oynanılan dövrdə VTB (Azərbaycan) plastik kartları ilə Hesab.az portalında ödəniş edən istifadəçilər ikiqat bonus xalları qazanır ki, bu da onların portalda keçirilən digər aksiya və kampaniyalarda hədiyyələr qazanmaq şansını artırır.

Qeyd edək ki, yalnız “Kommunal xidmətlər”, “Mobil operatorlar”, “İnternet”, “Televiziya”, “Naxçıvan”,”Əyləncələr” bölmələrində ödəniş edən istifadəçilər lotereyada iştirak edə bilər. 

Call order form

Name

Contact number