Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan)-ın depozit portfeli 24% artıb

1 oktyabr 2016-ci il tarixinə bank VTB (Azərbaycan)-ın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 24% artıb. Bu müddət ərzində əhalinin manat əmanətlərinin artımı 34,1%, fiziki şəxslərin milli valyutada olan müddətli əmanətlərinin artımı isə 33,7% təşkil edib.  

Hesabat dövründə bankın kredit portfeli 7% artıb və cari ilin 1 oktyabr tarixinə 363,5 mln manat təşkil edib ki, bu vəsaitlərin 60%-i kiçik və orta sahibkarlığa ayrılan kreditlərin payına düşüb. Ötən dövr ərzində milli valyutanın dollara nisbətdə ucuzlaşması iqtisadiyyatın real sektorunda fəaliyyət göstərənlərin və fərdi şəxslərin kredit borclarını ödəmə qabiliyyətinə təsir etmişdir. Müştərilərinə dəstək olmaq və onların kredit yükünü azaltmaq məqsədilə bank, güzəştli  restrukturizasiya proqramının tətbiqinə başlamış və proqram çərçivəsində hazırda kredit müddətinin uzadılması, ödəniş şərtlərinə yenidən baxılması, ödəniş qrafikinin dəyişdirilməsi və faiz dərəcəsində əhəmiyyətli endirimlərin edilməsi kimi güzəştlər təklif olunur.   

Tədbirlər kompleksinin tətbiqində bank əsas səhmdarı olan VTB-dən daim dəstək alır. Belə ki, bu il VTB törəmə bankı olan bank VTB (Azərbaycan)-ın kapitalına xüsusi strukturlaşmış depozit şəklində 110 mln manatdan çox vəsait yatırıb.  

Hazırda bankda depozit portfelinin sabit artımı müşahidə olunur ki, bu da əhalinin banka yüksək etibarının nəticəsidir. Bundan başqa, bankın əsas göstəricilərindən olan aktivləri də bir il ərzində 17% artaraq bu ilin 1 oktyabr tarixinə 431,9 mln manat təşkil etmişdir. Bankın məcmu kapitalı Mərkəzi Bankın kommersiya baklarının kapitalının həcminə dair tələblərinə tam cavab verir. 

Beynəlxalq VTB maliyyə qrupunun bir hissəsi olaraq, bank VTB (Azərbaycan) ölkədə qabaqcıl texnoloji bank olmağı qarşısına məqsəd qoyub. Bunun üçün artıq innovativ internet-bankinq xidməti tətbiq olunub və mobil-bankinqin fəaliyyəti üçün iş aparılır. Biznesi Rusiya bazarı və əksinə Rusiyadan Azərbaycana istiqamətlənən sahibkarlar üçün əsas bank olmaq məqsədi ilə VTB (Azərbaycan)  bundan sonra da korporativ biznesin inkişafına dəstəyi gücləndirəcək.

get->call): ?>

Call order form

Name

Contact number