Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin edilib

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü vəzifəsinə risklər və monitorinq departamentinin direktoru Vadim Klimenko təyin edilib. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdeh olacaq. 

Vadim Klimenko fərqlənmə diplomu ilə Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Dövlət İqtisad Universitetini, eləcə də Biznesin İdarəedilməsi ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda iqtisadiyyat və maliyyə istiqamətində “Executive MBA” üzrə University of Chicago-da təhsilini davam etdirir.

2005-ci ildən Azərbaycanın iri banklarından birində maliyyə və risklərin idarəedilməsi  departamentlərində rəhbər vəzifələrdə çalışıb.  2016-cı ildən isə VTB (Azərbaycan)-ın risklər və monitorinq departamentinə rəhbərlik edir. 

get->call): ?>

Call order form

Name

Contact number