Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan) VTB Mobile xidmətini istifadəyə verdi

Bank VTB (Azərbaycan) yeni məsafəli xidmətini – VTB Mobile adlı mobil bankinq xidmətini müştərilərinin istifadəsinə verib. Yeni əlavə sayəsində indi bankın müştəriləri istənilən vaxtı müxtəlif bank əməliyyatlarını İOS v Android platformalarını dəstəkləyən mobil cihazları ilə həyata keçirə bilər.

VTB Mobile əlavəsindən istifadə 24 saat ərzində mümkün olacaq və müştərilərə bank xidmətlərindən təhlükəsiz rejimdə istifadə etməyə imkan verəcək.

Mobil bank vasitəsi ilə aşağıdakı xidmətləri həyata keçirmək mümkündür:

·         Kommunal xərclərin ödənilməsi

·         Hesablar, kartlar, depozit və kreditlər haqqında məlumatın alınması

·         Cari və ya kart hesabından çıxarışın alınması

·         Kartdan karta pul vəsaitinin köçürülməsi

·         Bank VTB (Azərbaycan) daxilində, eləcə də Azərbaycanın digər banklarına pul köçürülməsi

·         VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın əldə edilməsi.

Vahid texnoloji platforma hesabına bankın VTB Online internet bankinq istifadəçiləri avtomatik olaraq VTB Mobile xidmətinin istifadəçilərinə çevrilir. Belə ki, mobil əlavə sisteminə giriş üçün müştəri VTB Online internet bankinqə daxil etdiyi eyni paroldan istifadə edir. İnternet bankinqdə olduğu kimi, mobil bankinqdə də eyni avtorizasiya sxemləri dəstəklənir: birdəfəlik SMS-parol, mobil açar generatoru, eləcə də Asan İmza.

Daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına və ya 986 qısa nömrəli (Azercell nömrələrindən - 012 986) Call Center xidmətinə müraciət edə bilər, habelə bankın saytından zəng sifariş edə bilərlər.

Call order form

Name

Contact number