Menu

Close
ATM’s and Branches
Personal
Business

VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarını yeni tədris ili münasibəti ilə təbrik edib

Bank VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub. Bankın əməkdaşları uşaqların qonağı olub və uşaq evinin şagirdləri üçün gətirdikləri məktəb ləvazimatı komplektlərini onlara təqdim ediblər. 1-9-cu sinif şagirdləri olan uşaqlara çanta, dərslik, dəftər, penal, məktəb üçün lazım olan digər ləvazimatlar və payız ayaqqabıları hədiyyə olunub.

“Sosial layihələrin reallaşdırılması xoş ənənəyə çevrilib ki, buna da bank VTB (Azərbaycan) xüsusi diqqət yetirir. Biz şadıq ki, bu gün uşaqların inkişafına öz töhfəmizi verə bilirik. Uşaqlara dərslərində müvəffəqiyyətlər arzu edirik”- deyə, VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Risklər və monitorinq departamentinin rəhbəri Vadim Klimenko bildirib.

 Xatırladaq ki, cari ilin yanvarında bank VTB (Azərbaycan) bu sığınacağın uşaqları üçün kompüter sinfi təmir edib və lazımı texnika və mebellə təmin etmişdi. 

Call order form

Name

Contact number