Menu

Close
ATM’s and Branches
Personal
Business

Bakı Şopinq Festivalı zamanı bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı istirahət günlərində də işləyəcək

3-cü Bakı Şopinq Festivalının keçirilməsi ilə əlaqədar bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı yeni iş rejiminə keçib. 1-31 may 2018-ci il tarixlərində bankın “Gənclik” filialı həftə içi 09.00-dan 10.00-dək, istirahət günlərində isə 10.00-dan 22.00-dək müştərilərə xidmət göstərəcək.

Baku Shopping Festival – Tax Free adı qeyd olunan yerlərdə alış-veriş edən müştərilər xərclədikləri məbləğin əlavə dəyər vergisinin bir hissəsini bankın “Gənclik” filialında geri qaytara biləcək. Pul vəsaitini həm nağd, həm bank hesabına və ya karta köçürmək yolu ilə almaq mümkündür. Festivalın şərtlərinə əsasən, vəsaitin qaytarılması üçün 100 manat məbləğindən çox alış-veriş etmək lazımdır.

Qeyd edək ki, “Gənclik” filialı müştərilərə geniş çeşid bank xidmətləri, o cümlədən valyuta mübadiləsi, pul köçürmələr, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

Belə iş rejimi Bakı Şopinq Festivalı zamanı müştərilərin, o cümlədən şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin edəcək. “Gənclik” filialı eyniadlı metrostansiyanın çıxışında, M.K.Atatürk pr-ti 2 («Ganjlik Mall» TM ilə üzbəüz) ünvanında yerləşir.

get->call): ?>

Call order form

Name

Contact number