Menu

Close
ATM’s and Branches
Personal
Business

Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub


  Bank VTB (Azərbaycan)-ın kollektivi bir gündə 650 min ağacın əkilməsi aksiyasında iştirak edib. Belə ki, Yasamal rayonu icra hakimiyyəti tərəfindən ayrılan ərazidə, bankın əməkdaşları 100-dək ağac əkib. Aksiya Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilib.  

  VTB (Azərbaycan) sosial layihələrə xüsusi diqqət yetirir və əvvəllər də ətraf mühitin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirmişdir. Bu təşəbbüsə qoşularaq bank VTB (Azərbaycan) nəinki ölkənin yaşıllaşdırılması, eləcə də təbiətin qorunmasına öz töhfəsini vermiş olur.

get->call): ?>

Call order form

Name

Contact number