Menu

Close
ATM’s and Branches
Personal
Business

Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası birgə yaradıcılıq müsabiqəsi elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilər. Hazırlanmış məzmunun sonunda “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur” qeyd edilməlidir.

Müsabiqəyə işlər 16 fevral 2018-ci il tarixindən qəbul olunur. Müsabiqəyə təqdim ediləcək işlərin son qəbul günü 30 mart 2018-ci il, saat 18:00-dır.

Müsabiqəyə təqdim olunmuş və qalib olaraq seçilmiş ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq:

·         1-ci yer: noutbuk

·         2-ci yer: planşet

·         3-cü yer: smartfon

Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı Portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar), eləcə də [email protected] electron ünvanı və (012) 493-11-22 (dax.161) telefon vasitəsi ilə əldə etmək mümkündür.

 

Call order form

Name

Contact number