Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Uşaq əmanəti üzrə aksiya

VTB (Azərbaycan) Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən aksiya çərçivəsində manatla açılan “Uşaq Əmanət Hesabı”nın tarifini 0,5% artırır. İndi əmanət üzrə gəlirlilik vəsaitlərin yerləşdirilməsi müddətindən asılı olaraq 9,5%-dən 11%-ə qədər olacaq.

Əmanəti yetkinlik yaşına çatdıqda ondan istifadə edə biləcək uşaq üçün valideyn və ya qəyyumun adına aça bilərsiniz. Minimum məbləğ 100 AZN-dir. Əmanəti istənilən vaxt artırmaq olar – minimum məbləğ 5 AZN təşkil edir. Yerləşdirmə müddəti 1 ildən 18 ilə qədərdir. Aksiya iyunun 1-dən 30-dək davam edəcək.

“VTB (Azərbaycan) sosial məsuliyyətə xüsusi diqqət yetirir. Bank mütəmadi olaraq uşaqlar üçün maliyyə savadlılığı üzrə təlimlər keçirir və uşaq idmanına fəal dəstək verir. Biz həmçinin xüsusi məhsullar üzərində işləyirik: ilin əvvəlində biz Uşaq Əmanət Hesabını işə saldıq. Bu, valideynlərə övladının gələcəyi üçün kapital formalaşdırmağa kömək edir, həmçinin yetkinlik yaşına çatdıqda uşağın maliyyə müstəqilliyini təmin edir. Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətiylə biz müştərilərimizə əmanətlər üçün daha əlverişli şərtlər təklif etmək, onun gəlirliliyini artırmaq qərarına gəldik”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

Siz bankın internet saytında əmanət açmaq üçün ərizə göndərə bilərsiniz. Təsdiqləndikdən sonra müştəri pul vəsaitlərini yerləşdirmək üçün VTB (Azərbaycan)-ın istənilən filialına gələ bilər.

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi