Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB Bakıda Moskva teatrı "Pyotr Fomenko Emalatxanası"nın tamaşasına dəstək oldu

Bakıda 18-19 may tarixlərində VTB Qrupunun dəstəyi ilə Moskva teatrı "Pyotr Fomenkonun Emalatxanası"nın qastrolları keçirildi. Rusiyalı aktyorlar ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Qurdlar və Qoyunlar" tamaşasını nümayiş etdilər.
 

VTB (Azərbaycan) dəfələrlə ölkəmizdə sosial tədbirləri dəstəkləyib və gələcəkdə də Moskva ilə Bakı arasında beynəlxalq mədəni əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir. Azərbaycanlı tamaşaçılar teatrın ən məşhur tamaşalarından biri olan "Qurdlar və qoyunlar" tamaşasını görmək üçün unikal bir fürsət əldə etdilər. Aleksandr Ostrovskinin eyni adlı pyesi əsasında hazırlanmış bu tamaşa, 1992-ci ildə Pyotr Naumoviç Fomenko tərəfindən səhnəyə qoyulmuş və artıq otuz ildən çoxdur ki, teatrın vizit kartı sayılır.
 

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi