VTB (Azərbaycan) 3 depozit üzrə gəlirliliyi 0,5-1 faiz bəndi artırıb. Maksimum gəlir 12% təşkil edir. 2024-cü ilin sonuna bankın pərakəndə müştərilərindən cəlb etdiyi vəsait portfeli 7% artaraq 70 milyon manat təşkil edib.
“2024-cü ilin hesabatına əsasən bizim depozit portfelimiz 7% artıb, bu da müştərilərin vəsaitlərini klassik mənbələrdə yerləşdirmək istəyindən xəbər verir. Biz gəlir faizlərimizi bazara adaptasiya etməkdə davam edirik və müştərilərə müxtəlif secim veririk: depozitə əlavə vəsaitin qoyulması bütün müddəti üçün icazə verilir və ya əmanət qeydiyyata alındıqdan dərhal sonra faiz gəlirini əldə etmək imkanı. Bu, xüsusilə təcili vəsaitə ehtiyacı olanlar üçün vacibdi”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Leave your FIN code and mobile number and we will call back to you