VTB (Azərbaycan) sürətli köçürmələr və ödənişlər sistemi olan AniPay-ə qoşuldu. AniPay ödəniş sistemi sayəsində fiziki və hüquqi şəxslər sadələşdirilmiş identifikatorlardan (FIN kodu UL, IBAN, mobil telefon nömrəsi, E-Mail və ya AniPay ID) istifadə etməklə 24/7/365 rejimində ödəniş əməliyyatlarını həyata keçirə və pulu dərhal ikinci tərəfə köçürə bilər. VTB (Azərbaycan) bu sistemə qoşulan ilk banklardan biridir.
Yeni xidmətin funksionallığı müştərilərə digər istifadəçilərdən öz hesabına vəsait tələb etmək, bank filialına getmədən səhvən köçürülən pulları qaytarmaq, həmçinin eyni vaxtda bir neçə ödəniş etmək imkanı verir.
“Biz onlayn xidmətlərimizi AniPay portalına inteqrasiya edən ilk banklardan biri olduq. Bu inteqrasiya sayəsində Azərbaycan bankları arasında köçürmələr həyata keçirərkən müştərinin AniPay-də husab yaratmağa ehtiyac qalmır. O sadəcə qarşı tərəfin nömrəsini/"AniPay ID"-ni daxil edərək məbləği dərhal göstərilən hesaba köçürə bilər”, - deyə VTB (Azərbaycan)-ın Rəqəmsal Biznesin İnkişafı şöbəsinin rəhbəri Rüstəm Hüseynov şərh edir.
Ani Ödənişlər Sistemi (AÖS) əsas funksiyası ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7 rejimində saniyələr ərzində başa çatdırıla bilməsidir. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı - AZN) valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur.
Sistemdə hər bir ödəniş tranzaksiyasına büdcə ödənişləri istisna olmaqla 40 000 manat məhdudiyyət müəyyənləşdirilmişdir.
Leave your FIN code and mobile number and we will call back to you