Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB (Azərbaycan) Red Bull Half Court basketbol oyunlarının rəsmi tərəfdaşı olub.

Red Bull Half Court turnirində 70 komanda iştirak edib, onlardan yalnız bir kişi və bir qadın komandası sentyabrda Serbiyada keçiriləcək qlobal finalda iştirak etmək imkanı əldə ediblər. Kişlər komandaları arasından “Polukhinski Pereulok”, qadınıar komandaları arasından isə “Neftçi” bütün mərhələləri uğurla keçərək qalib oldular. Hər iki komanda sentyabr ayında Serbiyada keçiriləcək və 28 ölkənin iştirak edəcəyi Red Bull Half Court qlobal finalında Azərbaycanı təmsil edəcək.

Turnir meydançası VTB (Azərbaycan) bankının və Milli Basketbol Federasiyasının dəstəyi ilə təşkil olunub.

Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3x3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır. Matç 10 dəqiqə və ya komandalardan biri 21 xal toplayana qədər davam edir.

Xatırladaq ki, VTB (Azərbaycan) Azərbaycan Basketbol Liqasının rəsmi tərəfdaşıdır. 2022-ci ilin noyabr ayında VTB (Azərbaycan) və Azərbaycan Basketbol Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən Bank Azərbaycan Basketbol Liqasının rəsmi sponsoru olub.

Məlumat üçün:

Azərbaycan Basketbol Federasiyası 1992-ci ildə yaradılıb. 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü oldu. 2006-cı ildə Azərbaycanın kişilərdən ibarət komandası Albaniyada keçirilən FİBA Avropa İnkişaf Kubokunda iştirak edərək birinci yeri qazanıb. Hazırda Azərbaycan Basketbol Liqasında 8 komanda təmsil olunur.

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi