Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB (Azərbaycan) Raxmaninovun yubileyi şərəfinə təşkil olunan konsertə dəstək verib

VTB (Azərbaycan) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertin maliyyə tərəfdaşı qismində çıxış edib. Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı, Azərbaycandakı Rus Evinin dəstəyi ilə baş tutub.

Konsertdə “Zənglər” vokal-simfonik poeması və fortepiano və orkestr üçün ikinci konsert səsləndirilib. Konsertin dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub.

Bakıda keçirilən konsertə Rusiya, Türkiyə və Almaniyadan solistlər dəvət olunub. Moskvadan olan vokalçılar Yelizaveta Kulagina (soprano) və İqor Morozov (tenor) “Zənglər” poemasında iştirak ediblər. Bariton partiyasını hazırda Manheym şəhərində fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla ifa edib. İkinci fortepiano konserti Moskva Konservatoriyasının məzunu, türkiyəli pianoçu Gökhan Aybulusun ifasında səslənib.

“VTB (Azərbaycan) fəaliyyət göstərdiyi illər ərzində mədəniyyət və incəsənət sahəsində mühüm tədbirlərə fəal dəstək verib. Bu il klassik musiqi üçün , ilk növbədə, Sergey Raxmaninovun 150 illik yubileyi ilə əlamətdardır və biz belə genişmiqyaslı tədbirə töhfə verməkdən məmnunuq. Əminik ki, bu konsert bütün klassik musiqi həvəskarları üçün layiqli hədiyyə oldu”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.

 

Məlumat üçün:
Sergey Raxmaninov rus və amerikalı bəstəkar, pianoçu və dirijordur. Öz yaradıcılığında Sankt-Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini, həmçinin Qərbi Avropa və Yaxın Şərq musiqi ənənələrini qarışdıraraq sintez etmiş və özünəməxsus orijinal üslub yaratmışdır.
İkinci fortepiano konserti 1900-cü ildə Raxmaninov tərəfindən yazılmışdır. İlk dəfə tam olaraq 27 oktyabr 1901-ci ildə Moskvada ifa olunmuşdur. İkinci konsert təkcə Raxmaninovun deyil, bütün dünya musiqi ədəbiyyatının fortepiano və orkestr üçün ən məşhur, populyar və ifa etdiyi əsərlərdən birinə çevrildi.
"Zənglər" poeması 1913-cü ildə Balmontun tərcüməsində Edqar Allan Ponun eyniadlı şeirinin sözlərinə Raxmaninov tərəfindən yazılmış, qarışıq xor, üç solist (soprano, tenor və bariton) və orkestr üçün musiqi əsəridir. 

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi