Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) istifadə müddəti bitmiş ödəniş kartlarının vaxtını uzatdı

Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığı və təhlükəsizliyinin qayğısına qalaraq vaxtı bitmiş kartların istifadə müddətini uzadır. Hazırda proqram 1 iyul 2020-ci il tarixinədək nəzərdə tutulub. Beləliklə, kartlarını yeniləmək üçün müştərilərin bankın filiallarına gəlmələrinə ehtiyac yoxdur. Kartın istifadə müddəti avtomatik olaraq uzadılacaq. Müştərilər kartlarından məhdudiyyətsiz istifadə edə biləcək.

“Biz başa düşürük ki, koronovirus infeksiyası ilə mübarizə şəraitində ictimai yerlərə, o cümlədən bank filiallarına ziyarətləri minimuma endirmək çox vacibdir. Məhz buna görə kartların istifadə müddətininin uzadılması haqqında qərar qəbul edilib. Biz həmçinin müştərilərimizi bank əməliyyatlarını distant kanallar vasitəsilə həyata keçirməyə çağırırıq. Bunun üçün Facebook Messenger-dəki rəqəmsal bank Direct, eləcə də VTB Online İnternet/Mobil bank sizin ixtiyarınızdadır. Onlayn rejimdə siz bir çox əməliyyatları, o cümlədən pul köçürmələri, hesabın artırılması, kredit və digər xidmətlərin ödənişi, bir sıra bank məhsullarının sifarişi və s. həyata keçirə bilərsiniz. Biz sizə öz kartlarınızdan evdə qalaraq istifadə etməyi tövsiyə edirik”- deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.

 

 

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi