Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB (Azərbaycan)-ın filiallarında istirahət günü kredit əldə etmək mümkün olacaq

 
Bank VTB (Azərbaycan) müştərilərin rahatlığı üçün şənbə günləri də kredit   verməyə başlayıb. Əvvəllər şənbə günü kredit üçün müraciət qəbul olunurdu,   müraciətin baxılması və kreditin verilməsi isə həftə içi həyata keçirilirdi. İndi   müştərilər bankın istənilən filialına şənbə günü saat 10.00-dan 16.00-dək   kredit üçün müraciət edib, elə həmin gün kredit əldə edə bilər.  Müştərilər nağd   pul krediti, yenidənmaliyyələşdirmə, kredit kartı və əmanət   girovlu kredit   məhsulları üzrə müraciət edə bilər.

 “Əksər hallarda pul vəsaiti üçün müraciət edən şəxslər həftə içi çalışdıqları   üçün iş günlərində banka gələ bilmir. Müştərilərimizin rahatlığını düşünərək biz   onlara krediti şənbə günlərində əldə etməyə imkan veririk”- deyə, bank VTB   (Azərbaycan)-ın  Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri   Elmar İbrahimov bildirib.

 Bundan başqa, şənbə günü müştərilər geniş çeşiddə bank xidmətlərindən, o   cümlədən cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin   
göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi,  depozit hesabların artırılması kimi xidmətlərdən yararlana bilər. Eləcə də müştəriləri filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.

 Filialların işi ilə bağlı ətraflı məlumatı bankın saytından, eləcə də 986 qısa nömrəsi və ya WhatsApp (+994 55 214 09 86) vasitəsi ilə əldə etmək mümkündür

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi