Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb

  VTB (Azərbaycan) AR İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın 
 İnkişafı  Fondu ilə imzaladığı razılaşmaya əsasən biznes üçün 
 güzəştli   kreditləşməyə başlayır. Sahibkarlar investisiya layihələrinin   maliyyələşdirilməsi üçün illik 5% ilə sərfəli şərtlərlə kredit əldə edə   biləcəklər. Kreditin maksimal məbləği 10 mln manat təşkil edir. Kredit   müddəti 10 ilədəkdir.

 Bundan başqa, müştərilərə güzəştli müddətdən istifadə etmək imkanı   verilir ki, bu dövr ərzində sahibkarlar təkcə kredit üzrə faizləri ödəyirlər.

 “VTB (Azərbaycan)-ın Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı   stratejidir və bankın uzunmüddətli inkişaf planlarına tamamilə  uyğundur.

Bu, sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarını genişləndirməyə və onlara bankla tərəfdaşlıq çərçivəsində biznes layihələrini reallaşdırmağa imkan verəcək”, - deyə bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.  

 Xatırladaq ki, COVID-19 pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları çərçivəsində də bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. Bu proqramlar üzrə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi