Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan)-ın kart sahibləri endirimlərdən yararlana bilər

 Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığını düşünərək onlara ödəniş   kartlarının üstünlüklərindən faydalanmağa imkan verir. Belə ki, bank VTB   (Azərbaycan)-ın Visa kart istifadəçiləri üçün tibbi xidmətlər üzrə ödəniş zamanı bir   sıra klinikalarda endirim nəzərdə tutulub. Tibbi müəssisələr siyahısına Sağlam   Ailə,  Müasir Diaqnostika Klinikası və Ultralab daxildir.

 Bank VTB (Azərbaycan) Visa kart sahibləri bütün xidmətlər üzrə 7% -lik, eləcə də   doğulduqları ay ərzində yaşları qədər endirim əldə edəcək. Bundan başqa, onlar   ildə bir dəfə ödənişsiz qan analizi verə bilər.


Bank VTB (Azərbaycan)-ın Visa Platinum premium kartı ilə Sağlam Ailə və Ultralab klinikalarında COVİD-19 testindən pulsuz keçmək mümkündür. Bunun üçün istifadəçilər
Konsyerj xidmətinə qoşulmalıdırlar.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil - tibbi müəssisələrdə kartı göstərmək kifayət edir. Endirimlər bank VTB (Azərbaycan)-ın bütün Visa kart sahiblərinə aiddir.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi