Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB (Azərbaycan) Rusiyada təhsil üçün kredit məhsulunun təqdimatını keçirib

Bank VTB (Azərbaycan) Rusiyada təhsil almaq üçün nəzərdə tutulan kredit məhsulunu ictimaiyyətə təqdim edib. Təqdimatda paytaxtın müxtəlif orta məktəb və liseylərinin, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva dövlət tibb universitetinin Bakıdakı filiallarının nümayəndələri iştirak edib.

Bank VTB (Azərbaycan)-ın təhsil krediti MDB ölkələrində ilk belə bir məhsuldur. Hazırda Rusiyada 15 minə qədər Azərbaycandan olan tələbə təhsil alır və bank, bu ölkənin təhsil müəssisələrində oxumaq istəyən şəxsləri dəstəkləmək niyyətindədir. Layihə Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilir.

Kredit vəsaitlərini həm Rusiya ali məktəblərinin Bakıdakı filiallarında, həm də Rusiyadakı istənilən ali və orta-ixtisas müəssisələrində təhsil almaq üçün əldə etmək olar. Bunu nəzərə alaraq kredit həm manat, həm də rublla verilir. Bundan başqa kredit əlavə təhsilin, təkmilləşmə və peşə hazırlığının ödənişinə ayrıla bilər. Layihə bütün təhsil növlərinə - əyani, qiyabi, əlavə və ikinci təhsil, aspiranturaya da aid edilir. Krediti eləcə də oxuyan və ödənişli təhsilini davam etdirmək istəyən şəxslər də ala bilər.

Layihənin şərtlərinə əsasən, kredit həm təhsil alanın adına, həm də onun yaxın qohumunun adına verilə bilər. Kreditin müddəti 6 aydan 60 ayadək təşkil edir. Təhsil üçün ilkin ödəniş tələb olunmur. Tələbə fərqlənmə ilə oxuduğu halda faiz dərəcəsinin 1% azaldılması nəzərdə tutulur. Kreditin məbləği 300 - 30 000 manat və ya 19 000 -1 920 000 rubl təşkil edir.

“Müasir dövrdə əksər tələbələr ödənişli təhsil alır, amma hər bir ailə bunun üçün böyük məbləğdə vəsait xərcləmək imkanına malik deyil. Bizim bank üçün bu proqram kommersiya layihəsindən çox sosial layihədir. Bu bankımızın Azərbaycan tələbələrinin təhsilinin keyfiyyətinin artırılmasına, gələcəkdə burada çalışacaq və neft sektorundan başqa iqtisadiyyatın digər sahələrini inkişaf etdirəcək peşəkar mütəxəssislər bazasının yaradılmasına olan tövhəsidir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

 

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi