Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) kart balansının ani yenilənmə sxemini tətbiq edib


Bank VTB (Azərbaycan) kart balansının onlayn-yenilənmə sistemini tətbiq edib. Yenilik sayəsində kart hesabı üzrə həyata keçirilən bütün əməliyyatlar kartın balansında dərhal əks olunacaq. Bu texnologiyanın tətbiqindən öncə kart hesabının yenilənməsi üçün bir neçə saat vaxt tələb olunurdu.

Onlayn-yenilənmə sistemi mədaxil zamanı gözləmə müddətini minimuma endirib. İndi bank kartlarına pul köçürüldükdə əməliyyat ani həyata keçir və nəticədə bir neçə dəqiqədən sonra kart sahibi daxil olan vəsaitlərdən istifadə etmək imkanı qazanır.

Ani yenilənmə sxeminin tətbiqi bank VTB (Azərbaycan)-ın plastik kartlar biznesinin inkişaf etdirilməsi istiqamətində növbəti yeniliyidir. Bank, müştərilərini müasir və effektiv məhsullarla təmin etmək məqsədi ilə qabaqcıl texnologiyaların tətbiqi siyasətini gələcəkdə də davam etdirmək niyyətindədir. 

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi