Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan)-dan yeni mobil əlavə - VTB eToken

Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətinə dəstək üçün VTB eToken adlı yeni mobil əlavəsini müştərilərinin xidmətinə verib. VTB eToken fasiləsiz olaraq hər 60 saniyədən bir birdəfəlik parollar yaradan əlavədir. Bu parolları daxil etməklə, müştəri öz internet bankinq səhifəsinə daxil olur və tranzaksiya əməliyyatlarını təsdiqləyə bilir.  

Yeni əlavə tətbiq olunanadək avtorizasiya və tranzaksiyaların təsdiqlənməsi üçün bankın müştəriləri mobil telefona gələn SMS-xəbərdarlıq vasitəsi ilə aldıqları birdəfəlik paroldan istifadə edir və ya Asan İmza elektron imzanı daxil edirdi. Yeni əlavə hesabına müştərilərin seçimi artmış və indi istifadəçilər VTB eToken, SMS-xəbərdarlıq və ya Asan İmza avtorizasiya üsulundan birini seçə bilər.

İstifadə etmək üçün VTB eToken əlavəsini Google Play-dən və Apple Store-dan Android və ya iOS bazalı mobil qurğuya quraşdırmaq kifayətdir. VTB eToken istifadəçinin internet bankinqi ilə sinxronlaşdırıldıqdan sonra, əlavə avtomatik şəkildə parollar yaratmağa başlayır. VTB eToken əlavəsi offline rejimdə çalışdığından parol əldə etmək üçün internet bağlantısı tələb olunmur. Eləcə də, əlavənin işləməsi üçün mobil şəbəkə dəstəyi tələb olunmadığından telefon şəbəkə xaricində olduqda belə (o cümlədən ölkədən kənarda) əlavədən istifadə etmək mümkündür.  

VTB eToken istifadə və sinxronlaşdırma qaydası ilə linkdəki qısa video-təlimatdan tanış olmaq mümkündür http://ru.vtb.az/internet_banking/login/.

İnnovativ əlavənin tətbiqi ölkənin yüksək texnologiyalı korporativ bankına çevrilməyi qarşısında əsas məqsəd qoyan bank VTB (Azərbaycan)-ın strategiyasına uyğundur. Bu strategiya çərçivəsində bank yaxın zamanlarda mobil bankinqin tətbiqini planlaşdırır.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi