Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB Azərbaycan tədris ilinin başlanması münasibətilə birinci sinif şagirdlərini təbrik edib

VTB Bank Azərbaycan, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkil etdiyi və yoxsul ailələrdən olan uşaqları lazımi dərs ləvazimatları ilə təmin etməyi hədəfləyən "Uşaqların məktəbə hazırlaşmasına kömək et" aksiyasında iştirak edib.

Sentyabrın 1-dən 14-dək Bakı, Gəncə, Şəki, Xaçmaz, Sumqayıt və İsmayıllıda keçirilən aksiya çərçivəsində, əsasən, aztəminatlı ailələrdən olan 225 gələcək birinci sinif şagirdi lazımi məktəb ləvazimatları - dəftərlər, rəsm albomları, gündəliklər, qələmqabı, pozan, qələmlər, xətkeş və digər zəruri ləvazimatlarla dolu məktəbli çantası ilə təmin olunub.

Bakıda çantaların təqdim etmə mərasimində iştirak edən “VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin gələcək birinci sinif şagirdlərini həyatlarında yeni başlanğıc münasibətilə təbrik etdi:

“Bu gün bu şən bayramda iştirak edə bildiyimizə və birinci sinif şagirdlərini dərs ilinin başlaması münasibətilə təbrik etdiyimizə görə şadıq. Sosial məsuliyyət VTB mədəniyyətinin əsas elementidir, iş quruluşumuzun DNT-sinin bir hissəsidir. Bu yeni yolun başlanğıcında uşaqlara dəstək olmaq bizim üçün çox vacibdir. Bütün tələbələrə təhsillərində uğurlar, məktəb həyatında maraqlı və parlaq günlər arzulayıram".

get->call): ?>

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi