Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı Qurban bayramında xidmət göstərəcək

Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı Qurban bayramının tətil günlərində fəaliyyət göstərəcək. “Gənclik” filialı 01-04 sentyabr tarixlərində saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərəcək.

Adi iş günlərində olduğu kimi, qeyd olunan günlərdə də “Gənclik” filialı müştərilərə valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, hesablar üzrə çıxarışların verilməsi, məsləhətlər üzrə bütün xidmətləri təqdim edəcək.  

“Gənclik” filialı «Ganjlik Mall» ticarət mərkəzi ilə üzbəüz, M.K. Atatürk prospekti 2 ünvanında, “Gənclik” metrostansiyasının çıxışında yerləşir.

Müştərilər həmçinin istənilən zaman VTB (Azərbaycan)-ın nağd vəsaitlərlə təchiz olunmuş bankomatlarından istifadə edə bilər.  

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi