Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Rusiya biznesinin nümayəndələri ilə görüşüb

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Rusiyanın Azərbaycandakı səfirinin sədrliyi ilə keçirilən Rusiya biznes nümayəndələrinin görüşündə iştirak edib. Görüş zamanı tərəflər ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsi və inkişafı məsələlərini müzakirə edib.

Görüşdə Rusiyanın Azərbaycanda tekstil sənayesi, enerji, əczaçılıq, loqistika və digər sahələrdə fəaliyyət göstərən “Vostok-Servis” ŞQ, Polymedia MMC, “Lukoil-Azərbaycan” QSC, İnstar Logistik kimi iri şirkət nümayəndələri iştirak edib. Bundan başqa, Azərbaycanda Rusiya Ticarət nümayəndəliyin rəhbəri Eldar Tlyabiçev və Azərbaycanda Rusiya ixrac mərkəzinin nümayəndəliyinin rəhbəri Nuri Quliyev də olub.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi