Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib

Menyu

Close
Xidmət şəbəkəsi
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib

 

 Bank VTB (Azərbaycan) fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb. Belə ki, indi Visa Gold   kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, Visa Platinum kartı üzrə isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.

 Bankın kart sahibləri VTB (Azərbaycan)-ın, eləcə də NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi tərəfdaş   bankların bankomatlarından vəsaitlərini əlavə komissiyasız nağdılaşdıra bilər. Bundan başqa, ölkə xaricində - Rusiya,   Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən də pul vəsaitlərini banklararası   komissiyasız çıxarmaq mümkündür.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi