Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) ixracatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iştirak edərək kənd təsərrüfatı, yüngül və ağır sənaye sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Tədbir İşgüzar Şuranın 2018- ci ildə fəaliyyətinin nəticələri və cari ilin planlarına həsr olunub. İclasda sənaye, kənd təsərrüfatı, tikinti və maliyyə sahəsində çalışan 100 yaxın şirkət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin uğurlu inkişafını qeyd edərək, iki ölkə sahibkarları arasında işgüzar əlaqələrin yeni inkişaf imkanlarını müzakirə edib.

“Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri ümumilikdə şirkətlərin biznes fəaliyyətini asanlaşdıramağa və sürətləndirməyə imkan verir. Buna İşgüzar Şuranın bankla gələcək əməkdaşlığı və tərəfdaş əlaqələrin inkişafı da təsir edəcək” - deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin şərh edib.

VTB (Azərbaycan) 1516 hüquqi şəxsə xidmət göstərir və onların yarısından çoxu RF ilə çalışan transsərhəd şirkətlərdir. Ötən il Azərbaycan müəssisələrinin RF ilə pul dövriyyəsi təxminən
170 mln manat təşkil edib.

Arayış üçün:

Azərbaycan-Rusiya İşgüzar Şurası aktiv şəkildə ikitərəfli xarici iqtisadi layihələri reallaşdıran iş adamlarını birləşdirir, və iki tərəfin biznes nümayəndələrinin yaranan problemlərini operativ şəkildə həll edir. Şuranın əsas fəaliyyət istiqamətləri Rusiya işgüzar icmasının Azərbaycan tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq və Azərbaycan bazarı üzrə mövqeyinin müəyyən edilməsi, Rusiya –Azərbaycan qarşılıqlı əməkdaşlığının genişləndirilməsi və diversifikasiyası üçün konkret imkanların üzə çıxarılması, görüş, konfrans, işçi qrupları və digər işgüzar tədbirlər vasitəsilə əməkdaşlıq üçün əlavə imkanların yaradılması, əlaqələrin qurulması və ölkələrin ictimai birlikləri ilə birgə işin aparılmasıdır.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi