Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir

    Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsilə kreditlərin yenidən  maliyyələşdirilməsi proqramına start   verir. Kreditin faiz dərəcəsi 18%- dən başlayır. Proqram müştərilərə müxtəlif banklardakı kreditlərini bir   kreditdə birləşdirməyə və faiz dərəcəsini azaltmağa imkan verir.

 Proqramın əsas üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi  ilə yanaşı, əlavə nağd vəsaitin   əldə edilməsidir. Kreditin həcmi  borcalanın gəlir səviyyəsindən asılıdır. Kredit manatla və 12 aydan 48   ayadək verilir. Kreditin məbləği 1 000 – 15 000 manat təşkil edir.

 “Yenidən maliyyələşdirmə proqramı müştərilərə aylıq ödənişlərini  optimallaşdırmağa və öz ehtiyacaları   üçün əlavə olaraq nağd vəsait  əldə etməyə imkan verir” –deyə, bank VTB (Azərbaycan)-ın idarə         heyətinin üzvü Dmitriy Qalaşev qeyd edib.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi