AniPay nədir?
AniPay — Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış ani ödənişlər sistemidir. Sistem fiziki şəxslər, bizneslər və dövlət qurumları arasında vəsaitin 24/7 rejimində saniyələr ərzində köçürülməsini təmin edir.
Ənənəvi köçürmələrdən fərqli olaraq, AniPay vasitəsilə ödəniş etmək üçün kart nömrəsini bilmək tələb olunmur. Köçürmə mobil telefon nömrəsi və ya FİN kod kimi sadə identifikatorlardan istifadə etməklə həyata keçirilə bilər.
AniPay ID-ni necə yaratmaq olar?
Bank VTB-nin İnternet Bank xidmətində "Digər" → "AniPay" bölməsinə keçərək bir neçə addımda AniPay ID yarada bilərsiniz.
AniPay ID yaradıldıqdan sonra mobil telefon nömrənizi və ya FİN kodunuzu bank hesabınıza bağlamaq mümkündür. Bunun üçün uyğun identifikatoru seçərək "Əlavə et" düyməsini sıxın və hesabınızı AniPay ID-yə əlaqələndirin.
AniPay-in üstünlükləri
* Xidmət üzrə komissiya tətbiq olunmur.
Leave your FIN code and mobile number and we will call back to you