VTB (Azərbaycan) istehlak krediti və yenidən maliyyələşmə (digər banklardakı kreditlərin birləşdirilən məhsul) üzrə yenilənmiş təkliflərini təqdim edib. Artıq müştərilərə maliyyə öhdəliklərini effektiv idarə etməyə və vəsait əldə etməyə əlverişli şərtlərlə imkan yaradılıb.
"Biz bank məhsullarını müştərilərimiz üçün maksimal dərəcədə rahat və şəffaf edirik. Gördüyümüz kimi, Azərbaycanda sərfəli və şəffaf kredit həllərinə tələbat artır və biz bu gözləntilərə cavab veririk. Yenidən maliyyələşdirmə şərtlərini borc yükünün azaldılması istiqamətində atılmış addım hesab edirik", - deyə VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafi departamentinin direktoru Yaşar Kərimov bildirib.
VTB (Azərbaycan) digər banklarda olan kreditləri də sərfəli şərtlərlə birləşdirmək imkanı yaradır. 59 ayadək müddətə, komissiyasız və əlverişli faiz dərəcəsi ilə.
Bank həmçinin aşağı faiz dərəcəsi və komissiya xərci olmadan uzunmüddətli istehlak krediti də təklif edir. VTB (Azərbaycan) müştəriləri 300 manatdan 50 min manatadək məbləğdə, illik 10,49%-dən başlayan faizlə və komissiyasız nağd kredit rəsmiləşdirə bilərlərlər.
VTB (Azərbaycan) kredit məhsulları xəttini genişləndirməyə davam edir, şəffaflıq, sərfəli faiz dərəcələri və rahat xidmət prinsiplərinə önəm verir.
VTB (Azərbaycan) müştərilərinə 5 filialda xidmət göstərir və 50-dən çox bankomat şəbəkəsinə malikdir. Bank məhsulları, aksiyalar və kampaniyalar haqqında ətraflı məlumatı www.vtb.az saytından və ya əlaqə mərkəzinin 986 qısa nömrəsi ilə əldə etmək mümkündür.
Leave your FIN code and mobile number and we will call back to you