Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü ərəfəsində VTB (Azərbaycan) əməkdaşları veteranları ziyarət edərək, onlara ümumi qələbəyə verdikləri töhfələrə görə dərin minnətdarlıqlarını bildirib, gül və hədiyyələr təqdim ediblər.
"Veteranlara dəstək bankımızın sosial siyasətinin prioritetlərindən biridir. Biz onların cəsarətini və fədakarlığını yüksək qiymətləndiririk və onlara hörmət və diqqət göstərməyi özümüzə borc bilirik", - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan) ənənəvi olaraq qaliblər nəslinə ehtiram göstərərək xatirə günlərini qeyd etmək üçün tədbirlər təşkil edir.
Leave your FIN code and mobile number and we will call back to you