VTB (Azərbaycan) ətraf mühitin qorunmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirib. 21 avqust tarixində bankın əməkdaşları Bilgəh çimərliyində təmizlik aksiyası təşkil ediblər.
Aksiya çərçivəsində əməkdaşlar sakinlərin və şəhər qonaqlarının istirahət etdiyi çimərlik ərazisini müxtəlif tullantılardan təmizləyiblər. Təşəbbüsün əsas məqsədi ictimai məkanların daha təmiz və səliqəli saxlanılmasına töhfə verməklə yanaşı, ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsidir.
VTB (Azərbaycan) korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyət və ətraf mühit üçün faydalı təşəbbüslərə xüsusi diqqət yetirir. Bankın əməkdaşlarının bu cür layihələrdə fəal iştirakı komanda ruhunu gücləndirməklə yanaşı, gündəlik həyatda ekoloji məsuliyyət prinsiplərinin təşviqinə də töhfə verir.
VTB (Azərbaycan) sosial və ekoloji istiqamətlərdə təşəbbüslərini davam etdirərək cəmiyyət üçün faydalı layihələrin həyata keçirilməsində iştirakını qarşıdakı dövrdə də davam etdirəcək.
Leave your FIN code and mobile number and we will call back to you