Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Banka getmədən onlayn növbə sifarişi vaxta qənaət etməyə imkan verəcək

Xüsusi karantin rejimi şəraitində bankın filiallarına gəlmək zərurəti yarandıqda VTB (Azərbaycan) müştərilərinə onlayn növbə sifarişi xidmətindən istifadə etməyi təklif edir. Bu xidmət filiala gəlməyin qabaqcadan qeydiyyatını nəzərdə tutur. Bu, müştərilərə bankda növbə gözləməmək və vaxtlarına qənaət etməyə imkan verəcək. Növbə sifariş etmək üçün müştərilər bankın saytında linkdən  qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı müştəriyə filialı və bankda istifadə etməyi planlaşdırdığı xidməti seçmək imkanı verilir.

Rezervasiya təsdiqləndikdən sonra müştərinin elektron ünvanına bron haqqında, o cümlədən  xüsusi unikal kod qeyd olunduğu məlumat daxil olur. Bu kodu növbə təyin olunmuş vaxtdan 15 dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalına daxil etmək lazımdır. Kodu daxil etdikdə müştəri bankdakı xidmətdən növbədənkənar istifadəni nəzərdə tutan nömrə alır.

Bank müştərilərə yalnız zəruri hallarda filiallara gəlməyi tövsiyə edir. Filiallara ziyarəti minimuma endirmək və müştərilərin rahatlığını təmin etmək üçün VTB (Azərbaycan) distant kanallardan – Facebook messencerindəki Direct  rəqəmsal bankı, eləcə də VTB Online İnternet/Mobil bankdan istifadə etməyə çağırır.
get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона