VTB (Azərbaycan) 2026-cı ilin ilk altı ayının yekunları üzrə əsas maliyyə göstəricilərində dayanıqlı artım nümayiş etdirib

Меню

Close
Сеть услуг
Частным лицам
Бизнес

VTB (Azərbaycan) 2026-cı ilin ilk altı ayının yekunları üzrə əsas maliyyə göstəricilərində dayanıqlı artım nümayiş etdirib

VTB (Azərbaycan) 2026-cı ilin ilk altı ayının maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank əsas maliyyə göstəriciləri üzrə dayanıqlı artım nümayiş etdirib. İlin əvvəli ilə müqayisədə Bankın kredit portfeli 15%, depozit portfeli 20%, aktivləri isə 10% artıb ki, bu da Bankın davamlı inkişafını və həyata keçirdiyi biznes strategiyasının səmərəliliyini təsdiqləyir.

30 iyun 2026-cı il tarixinə Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10% artaraq 337 milyon manata çatıb.

Bankın ümumi kredit portfeli ilin əvvəli ilə müqayisədə 15% artaraq 280 milyon manatı ötüb. Kredit portfelinin artımı pərakəndə və korporativ bankçılıq istiqamətlərində kreditləşmənin genişlənməsi hesabına təmin edilib. Bununla yanaşı, istehlak kreditləri portfeli 27% artaraq 141 milyon manatı ötüb, korporativ kredit portfeli isə 5% artaraq 71 milyon manata yüksəlib.

Bankın depozit portfeli də müsbət dinamika nümayiş etdirərək ilin əvvəli ilə müqayisədə 20% artıb və 122 milyon manata çatıb. Ən yüksək artım tempi fiziki şəxslərin depozitləri üzrə qeydə alınıb ki, bu da müştərilərin Banka göstərdiyi yüksək etimadın göstəricisidir.

30 iyun 2026-cı il tarixinə Bankın məcmu kapitalı 105 milyon manat təşkil edib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərini əhəmiyyətli dərəcədə üstələyərək Bankın maliyyə dayanıqlığını və gələcək inkişafı üçün etibarlı kapital bazasını təmin edir.

2026-cı ilin ilk altı ayının yekunlarına əsasən, VTB (Azərbaycan) Bankının xalis mənfəəti 5,8 milyon manat təşkil edib.

VTB (Azərbaycan) bundan sonra da fiziki və korporativ müştərilər üçün müasir maliyyə həllərini inkişaf etdirməyə, məhsul və xidmətlər çeşidini genişləndirməyə, müştəri xidmətlərinin keyfiyyətini daha da yüksəltməyə və Azərbaycan maliyyə bazarında mövqeyini möhkəmləndirməyə davam edəcək.

Форма заказа звонка

Имя

Номер телефона