Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

VTB (Azərbaycan) WhatsApp-da virtual köməkçi yaratdı


 VTB (Azərbaycan) 
WhatsApp-da çat-bot xidmətini işə   salıb. İndi   populyar mesencer istifadəçiləri üç dildə bank   xidmətlərindən   elə  WhatsApp-da yararlana bilər. Servis   müştərilərə ödəniş və   köçürmələr etməyə, kredit   rəsmiləşdirməyə və ya depozit   açmağa, öz xərclərinə   nəzarət etməyə və bir sıra bank   əməliyyatlarını həyata   keçirməyə imkan verir.

 Bunun üçün virtual köməkçi Direct-in nömrəsini
 (+ 994) 70   214 09   86 WhatsApp-dakı əlaqələrə daxil etmək və çata   başlamaq   kifayətdir.  Hazırda Direct vasitəsilə hesabdan   köçürmələr  (o   cümlədən digər bank kartlarına   köçürmələr),
 100-dən çox xidmət   haqqı üzrə ödəniş   (kommunal, mobil, sığorta   və s.), kreditin,   depozitin və   kartın sifarişi, hesablar üzrə ödəniş, 
hesabdan çıxarışın   alınması və digər xidmətlər mövcuddur. Bir sıra əməliyyatları QR-kod vasitəsilə həyata keçirmək mümkündür.

Bundan başqa, WhatsApp-da müştərilər virtual Visa Direct kartını pulsuz əldə edə bilər. Bunun üçün ərizə doldurmaq və kartın buraxılışını gözləməyə ehtiyac yoxdur: kartı bir neçə dəqiqə ərzində əldə edib və dərhal istifadə etmək olar.

“Biz müştərilər üçün rahat yerlərdə onları distant xidmətlə təmin etməyə çalışırıq. Ilin əvvəlində biz Facebook sosial şəbəkəsinin mesencerində çat-bot xidmətini tətbiq etdik və müştərilərdən xeyli müsbət rəylər aldıq. İnsanlar üçün ünsiyyət qurduqları yerdə xidmətdən istifadə etmək rahatdır. Biz distant kanalların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk və bu gün artıq müştərilərimiz öz maliyyə məsələlərini Azərbaycanda ən populyar mesencerlərdən biri olan WhatsApp-da həll edə bilər. Bu xidmət Facebook-dakı Direct rəqəmsal bankı ilə tam sinxronizə edilib, bu da müştərilərə hər iki platformadan paralel olaraq yararlanmağa imkan verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev bildirib.

Direct WhatsApp-da azərbaycan, rus və ingilis dillərində 24/7 rejimində fəaliyyət göstərir. Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir:


Форма заказа звонка

Имя

Номер телефона