Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bank VTB (Azərbaycan) öz müştərilərinə güzəştli tariflər təklif edir

Bank VTB (Azərbaycan) hesablaşma-kassa xidmətləri üzrə güzəştli tariflər təklif edir. Bu təklif  yalnız bank VTB (Azərbaycan)-ın deyil, eləcə də VTB qrupun güzəştli şəbəkəsinə daxil olan bankların müştərilərinə aid edilir. Güzəştli şəbəkəyə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24, Moskva Bankı və Poçta Bank daxildir.

Güzəştli tariflərə əsasən, VTB qrupa aid digər banklardan Bank VTB (Azərbaycan)-a pul köçürüldükdə komissiya köçürülən məbləğin cəmi 0,3-0,5%-ni təşkil edir. Bu halda komissiyanın minimal məbləği 1 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 100 rubl təşkil edir. Vəsaitin hesaba köçürülməsi tarifi isə köçürmənin maksimum 0,2%-ni təşkil edir.  

Bununla yanaşı, sərfəli tariflər vahid güzəştli bankomat şəbəkəsi çərçivəsində də qüvvədədir.  Bu şəbəkəyə VTB qrup banklarından əlavə yerli AccessBank da daxildir. Belə ki, şəbəkənin bankomatlarından vəsaitin nağdlaşdırılmasına görə əlavə komissiya tutulmur.

Müştərilərimiz vahid bankomat şəbəkəsi vasitəsilə qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən VTB (Azərbaycan)-ın mövcud tariflərinə uyğun komissiya tutulur. Bundan başqa, VTB (Azərbaycan) kartlarının sahiblərinə bu bankomatlarda daha yüksək nağdlaşdırma limiti verilir.   

Форма заказа звонка

Имя

Номер телефона