Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bakıda “Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar bank VTB (Azərbaycan)-ın mərkəzi filiallarının iş rejimi dəyişdirilib

İyunun 10-dan 21-dək bank VTB (Azərbaycan)-ın bütün mərkəzi filialları yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən, Bakı şəhərinin mərkəzi hissəsində yerləşən bankın 5 filialı şənbə-bazar və bayram günü də daxil olmaqla həftənin 7 günü saat 9.00-dan 21.00-dək işləyəcək.

Filialların müvəqqəti iş rejiminə keçidi “Formula-1” Avropa Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

  Yeni iş rejimində bankın aşağıdakı filialları müştərilərə xidmət göstərəcək:

·         “İçəri Şəhər” filialı: “İçəri Şəhər” metrosu, İstiqlaliyyət küç. 51 ünvanında yerləşir;

·         “Sahil” filialı: “Sahil” metrosu, Bül-Bül prospekti 7, korpus "D" ünvanında;

·         “Nizami” filialı: “Nizami” metrosu, Cəfər Cabbarlı küç. 6/8 ünvanında;

·         “Azadlıq” filialı: Azadlıq prospekti 92 (Nəsimi bazarı yaxınlığında) ünvanında;

·         “28 May” filialı: “28 may” metrosu, Azadlıq prospekti 18 ünvanında.

Bankın bu filialları öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir. 

get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона