Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bank VTB (Azərbaycan) və AZPROMO arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan-Rusiya biznes forumu çərçivəsində Bank VTB (Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandumu VTB (Azərbaycan) tərəfindən bankın idarə heyətinin sədri Yuri Yakovlev, AZPROMO tərəfindən isə fondun prezidenti Rüfət Məmmədov imzalayıb.

Bank və fond arasındakı əməkdaşlıq haqqında memorandum Azərbaycan və Rusiya arasında ticari-iqtisadi və investisiya əlaqələrini inkişaf etdirmək məqsədi ilə ikitərəfli əməkdaşlıq, eləcə də ixracın və xarici sərmayələrin təşviqi məqsədi ilə təcrübə mübadiləsi üçün əsas yaradır.

Sənədə əsasən, tərəflər potensial tərəfdaşların (həmçinin birgə müəssisələrin yaradıldıqda) cəlb edilməsinə kömək etmək və müəssisələr üçün sərmayələr cəlb etmək, eləcə də hər iki ölkənin iqtisadi imkanları ilə tanışlıq üçün biznes-forumların, işgüzar görüşlərin, nümayəndə heyətlərinin mübadiləsinə və digər tədbirlərin təşkili və keçirilməsinə dəstək olmaq niyyətindədirlər.

“VTB (Azərbaycan) Rusiyanın praktiki olaraq bütün dünyada fəaliyyət göstərən aparıcı maliyyə qrupuna daxildir. İş adamları üçün bu bir növ zəmanət, sərmayələrin etibarlığının göstəricisidir. Son illərdə VTB Azərbaycan biznesi olan layihələrə 600 mln. dollara qədər vəsait yatırıb. Azərbaycan bankı olaraq biz, Azərbaycan-Rusiya əlaqələrini inkişaf etdirmək və yerli biznesə yeni bazarlarda kömək etməyi qarşımıza məqsəd qoymuşuq. Mən inanıram ki, memorandumun imzalanması Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin inkişafına səbəb olacaq” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib. 

get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона